Rəmiş Malıyev: "İnter" yaşayacaq" - MÜSAHİBƏ

21:22 24 Aprel 2017

Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Qəbələ"nin qonağı olan "İnter" bu görüşdən məğlub ayrılıb (3:4).

 

Sportarena.az xəbər verir ki, “İnter”in müvəqqəti rəhbəri Rəmiş Malıyev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

 

Futbolçular rahat oynadılar. Bu meydanda hiss olunurdu. Ona görə də açıq oyun getdi. Oyundan razı qaldım.

 

- "İnter”in bundan sonrakı aqibəti necə olacaq?
- "İnter" yaşayacaq, bunu görəcəksiz. Amma klub hansı səviyyədə fəaliyyət göstərəcək, bunu bilmirəm. Çalışacağıq indiki səviyyəni saxlayaq.

 

-"İnter”in bu mövsümkü çıxışını necə dəyərləndirirsiz?
- Yüksək qiymətləndirirəm. Hətta futbolçuları qəhrəman adlandırardım. Çünki baş verənlər komandanın oyununa təsir etmədi. Sağ olsunlar ki, bürünc medal qazandılar.

 

- Deyilənə görə, bəzi futbolçular başqa klublarla anlaşıblar. Heyətin dağılmasından narahat deyilsiz?
- Müqaviləsi sona çatan futbolçular var ki, onların başqa klublarla danışıqlar aparması normaldı. Öz futbolçularımızla da danışıq aparırıq. Bir neçə futbolçu ilə razılığa gəlmişik. 

 

- Futbolçulara mart və aprel ayının maaşları nə vaxt veriləcək?
- Bu yaxınlarda fevralın maaşın verdik. May ayında da aprelin maaşın verəcəyik. Fevraldan bəri hər ay maaşlar verilir. Təqribən, mayın 13-ü futbolçulara maaşlar veriləcək.

 

- Beynəlxalq Bankın kluba olan borcu nə vaxt ödəniləcək?
- Bu artıq səlahiyyətli şəxslərin öhdəsinə düşür. Bizim işimiz klubun idarəçiliyə bağlıdı.


Digər xəbərlər

Xəbər xətti