"Qəbələ" və "İnter" medallarına belə qovuşdu - FOTOLAR

03:52 25 Aprel 2017

Azərbaycan Premyer Liqasının 27-ci turunda müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşan "Qəbələ" ilə "İnter" qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, 4:3 hesabı ilə qalib gələn ev sahibləri son bir tur qalmış ən yaxın izləyicisi olan paytaxt klubu ilə xal fərqini doqquza çatdırmaqla gümüş medallarını sahibi olublar. Havanın yağmurlu olmasına rəğmən, matçdan sonra keçirilən mərasimlə hər iki komandaya medallar təqdim edilib.

 

Maraq doğuran məqam matçı izləməyə gələn və sayı bir o qədərdə çox olmayan yerli azarkeşlərin hər iki kluba mərasim zamanı dəstək olması idi. Onların bu davranışı "İnter"li futbolçuların ürəyincə oldu.


Xəbər xətti