"Qəbələ"də iki itki

11:13 25 Aprel 2017

“Qəbələ”nin 2 futbolçusu Daniel Subotiç və Rəşad Sadiqov Premyer Liqanın 28-ci turunda "Sumqayıt"la oyunu buraxacaqlar.

 

Sportarena.az xəbər verir ki, buna səbəb onların "İnter"lə matçda (4:3) sarı vərəqə limitini doldurmalarıdır. Bu mövsümdə 4-cü sarı vərəqələrini alan Subotiç və Sadiqov cəzalı duruma düşüb.

 

Qeyd edək ki, "Sumqayıt" - "Qəbələ" matçı aprelin 29-da keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti