Vidal yaxınını itirdi - Güllələdilər

11:29 25 Aprel 2017

“Bavariya”nın çilili futbolçusu Arturo Vidal şok xəbər alıb.

 

Komanda.az xəbər verir ki, Vidalın bacısının əri Neyra Quera silahlı hücuma məruz qalıb. Hadisə Çilinin paytaxtı Santyaqoda baş verib. Maşını park edən Quera naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. O, aldığı 6 güllə yarasından hadisə yerindəcə dünyasını dəyişib. Polisin yaydığı məlumata görə, Quera narkotik qaçaqmalçılarının hücumuna məruz qalıb. 

 


Digər xəbərlər

Xəbər xətti