"Qarabağ" azarkeşləri hamını qabaqladı

12:29 25 Aprel 2017

Azərbaycan Premyer Liqasının 27-ci turu üçün azarkeş sayı məlum olub.

 

Sportarena.az xəbər verir ki, ən çox azarkeş Suraxanıda, “Azersun Arena”da keçirilmiş “Qarabağ” - “Sumqayıt” oyununda qeydə alınıb. Ağdam klubunun 2:1 hesabıyla qalib gəldiyi və matçdan sonra çempionluq kubokuna qovuşduğu qarşılaşmanı 1800 azarkeş tribunadan izləyib.

 

Ən az azarkeş isə Şüvəlanda, “AZAL Arena”da keçirilmiş AZAL - “Kəpəz” matçında qeydə alınıb. Gəncə təmsilçisinin 2:1 hesabıyla qalib gəldiyi qarşılaşmanı cəmi 330 tamaşaçı izləyib.

 

Digər oyunlardan Qəbələ şəhər stadionunda keçirilmiş “Qəbələ” - “İnter” oyununda (4:3) 1600, Zirə idman kompleksinin stadionunda baş tutmuş “Zirə” - “Neftçi” matçında (2:2) isə 1000 azarkeş qeydə alınıb.


Xəbər xətti