Hakim 15 dəqiqəlik fasiləyə görə cəzalanacaq - Azərbaycanda

14:36 25 Aprel 2017

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, qurum bir sıra yarışlarla qərarlar çıxarıb:  

 

Əvəzedici heyətlərin 27-ci turunun AZAL – “Kəpəz” matçında AZAL klubunun 4, “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 400 manat cərimə olunur  (maddə 40).

 

"Qarabağ” – “Sumqayıt” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

 

Birinci Divizionun 25-ci turunun “Səbail” – “Şəmkir” matçında “Səbail” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

 

"Energetik” – “Bakılı” matçında “Energetik” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40). Oyunun 61-ci dəqiqəsində “Energetik” klubunun 22 №-li futbolçusu Elçin Qasımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyunun 61-ci dəqiqəsində “Bakılı” klubunun 1 №-li futbolçusu Ravil Məhəmmədov rəqibi təhqir etdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).

 

Oyunun 61-ci dəqiqəsində oyun əsassız olaraq hakim tərəfindən dayandırılmış və 15 dəqiqə fasilədən sonra yenidən bərpa olunmuşdur. Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi oyunun hakimi və hakim inspektoru haqqında lazımi ölçü götürüb İntizam Komitəsin məlumatlandırsınlar.

 

Xatırladaq ki, Mingəçevirdə 1:1 hesabı ilə nəticələnən oyunun baş hakimi Qorxmaz Eldarov, hakim-inspekoru Qabil Nərimanov olub. Hər ikisinin cəzalanacağı gözlənilir. 


Digər xəbərlər

Xəbər xətti