"Neftçi" məşqçilərini cərimələyəcək - Bəyanat

15:56 25 Aprel 2017

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilmiş iclasında Azərbaycan Premyer Liqasının 27-ci turunun "Zirə” - "Neftçi” oyununda (2:2) qonaqlara texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul edilib. Oyunun 68-ci dəqiqəsində Ruslan Abışovun əvəzinə meydana Huqo Barqasın daxil olması ilə legioner limitinin pozulması buna səbəb olub.

 

Sportarena.az xəbər verir ki, "Neftçi” bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

 

“Neftçi” PFK olaraq AFFA-nın İntizam Komitəsinin qərarına hörmətlə yanaşırıq və buna etirazımız yoxdu. Təəssüf ki, legioner limiti olan çempionatlarda bəzən bu cür səhvlər olur. Bu səhvə görə əsas komandanın məşqçilər heyəti cərimələnəcək”.


Xəbər xətti