Məhsuldar tur - Hamı qol vurdu

16:40 25 Aprel 2017

Azərbaycan Premyer Liqasının 27-ci turu məhsuldarlığı ilə diqqət çəkib.

 

Sportarena.az xəbər verir ki, iki gün davam edən turun 4 qarşılaşmasında 17 qol vurulub. Orta məhsuldarlığın 4,25 olduğu turda mövsümün ikinci göstəricisi qeydə alınıb. Mütləq rekord isə ötən il sentyabrın 9-11-də keçirilən 4-cü turda yaşanıb. Həmin vaxt 4 matçda 19 qol, orta hesabla 4,75 top vurulub.

 

Meydan sahiblərinin 9, qonaqların 8 top vurduğu 27-ci tur məhsuldarlıqda geri qaldığı 7 ay əvvəlki oyunları bir məqamda geridə qoyub. 4-cü turda 8 komandanın heç də hamısı fərqlənməmişdisə, bu dəfə bütün komandalar qol sevinci yaşayıb. “Qarabağ” - “Sumqayıt” (2:1), AZAL - “Kəpəz” (1:2), “Zirə” - “Neftçi” (2:2) və “Qəbələ” - “İnter” (4:3) qarşılaşmalarında meydana çıxan bütün komandalar qol vura bilib. Mövsümün arxada qalan hissəsində yalnız bir dəfə belə hal yaşanmışdı. Bu, bütün komandaların fərqləndiyi 15-ci turda baş verib.


Digər xəbərlər

Xəbər xətti