Yenə həmin "üçlük" - Bu dəfə...

16:58 25 Aprel 2017

Azərbaycan Premyer Liqasında 27-ci turun son oyunundan sonra bütün mükafatların sahibləri bəlli olub. Qızıl medallara yiyələnən “Qarabağ”dan sonra “Qəbələ” gümüş, “İnter”isə bürünc medalına qovuşub.

 

Sportarena.az xəbər verir ki, bu üç komanda son 4 mövsümdə 3-cü dəfə mükafatçılar sırasında yer alıb. 2013/14 və 2014/15 mövsümündə də eyni “üçlük” medallara yiyələnmişdi. Amma həmin vaxt gümüş “İnter”in, bürünc “Qəbələ”nin olmuşdu. Son 3 mövsümdə bürünc qazanan Qəbələnin eyniadlı klubu ardıcıl 4-cü dəfə mükafatçılar sırasına düşüb. Əyalət klubu tarixində 4-cü medalını və ilk gümüşünü əldə edib.

 

“İnter” isə bürünc sayında “Qəbələ”yə çatıb. 3 dəfə üçüncü olan bakılılar 2 qızıl və 3 gümüş medala da yiyələnib. Ümumilikdə isə paytaxt futbolçuları 8-ci dəfə mükafata sahib olub.

 

Qeyd edək ki, indiyədək 25 ölkə çempionatından 24-də mükafatçılar müəyyənləşib. 2001/02 mövsümündə klublar çempionatı davam etdirməkdən boyun qaçırıb, yarışı yarımçıq qoyublar. Klublar çempionatın qalan hissəsini qanunsuz şəkildə özbaşına təşkil edib, sona çatdırsa da, həmin nəticələr FİFA, UEFA, AFFA və PFL tərəfindən tanınmayıb.


Digər xəbərlər

Xəbər xətti