"Real" ona yeni müqavilə təklif edəcək - 5 illik

17:32 25 Aprel 2017

“Real” yarımmüdafiəçisi İsko ilə yeni müqavilə bağlayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “Marka” nəşri yayıb. Xəbərdə “kral klubu”nun 25 yaşlı futbolçu ilə müqavilə müddətini 2022-ci ilin yayınadək uzadacağı qeyd edilib. Yeni müqaviləyə əsasən, ispan yarımmüdafiəçi “Real”da ilə əvvəlkindən iki dəfə çox - 6 milyon avro qazanacaq.

 

Qeyd edək ki, bir müddətdi İskonun yayda Madrid klubundan ayrılacağı deyilsə də, yarımmüdafiəçi bu yaxınlarda yerli mətbuata açıqlamasında “Real”dan ayrılmaq istəmədiyini demişdi.


Digər xəbərlər

Xəbər xətti