Azərbaycanlı futbolçu qol vurdu, komandası qalib gəldi

17:56 25 Aprel 2017

Latviya birinci liqasında 2-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" doğma meydanda "Tukums" ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0. Matça start heyətdə başlayan və sonadək meydanda olan Vüqar komandasının qələbəsində xüsusi pay sahibi olub. Belə ki, qarşılaşmada hesabı 26-cı dəqiqədə məhz Əsgərov açıb. Bu, onun yeni mövsümdə 2-ci qoludu.

 

"Olayne" iki turdan sonra 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti