"Kumirim Şevçenkodu" - İtaliyalı bombardir - AÇIQLAMA

18:15 25 Aprel 2017

"Torino"nun gənc ulduzu Andrea Belotti yerli mətbuata maraqlı açıqlamalar verib.

 

Sportarena.az xəbər verir ki, italiyalı hücumçu öncə transfer qiyməti barədə danışıb:

 

"Mənim üçün buraxılış qiymətimin 100 milyon avro olması əhəmiyyətli deyil. Transfer bazarındakı qiymətlər çox şişirdilir".

 

Belotti daha sonra kumirinin kim olmasıyla bağlı sualı cavablandırıb:

 

"Kumirim Andrey Şevçenkodu. O, əsl çempion, meydandan kənarda da nümunəvi şəxsiyyət idi. İstənilən mövqedən vurduğu qollarla məni heyran edirdi.

 

Forvard həmçinin ona oynamaqda çətinlik yaradan müdafiəçilərin adlarını da qeyd edib:

 

"Müdafiəçilərdən "Yuventus"un futbolçuları Corco Kyellini və Leonardo Bonuççiyə mübarizə aparmaq çox çətindir. "Kyevo"da çıxış edən Dario Dnielli və Nikolas Spolli cütlüyüdə mənə problem yaradıb".

 

Qeyd edək ki, Belotti "Roma"nın futbolçusu Edin Ceko ilə birlikdə İtaliya A seriyasında bombardirlər siyahısına başçılıq edir. Hər iki hücumçunun aktivində 25 qol var.


Digər xəbərlər

Xəbər xətti