Təmsilçilərimiz “sülh bağladı”

21:50 25 Aprel 2017

Bu gün mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2017” turnirində 5-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, turnirdə iştirak edən hər iki təmsilçimiz turu heç-heçəylə başa vurub. Teymur Rəcəbov ağ fiqurlarla britaniyalı Maykl Adamsla, Şəhriyar Məmmədyarov isə qara fiqurlarla hindistanlı Pentala Harikrişnayla “sülh bağlayıb”.

 

5 turdan sonra Şəhriyar turnir cədvəlinə başçılıq edir. “Şah”ın hesabında 3,5 xal var. Teymur Rəcəbov isə 2 xalla 8-9-cu pillələri bölüşür.

 

Shamkir Chess 2017, 5-ci tur

25 aprel

Uesli So (ABŞ, 2822) - Vladimir Kramnik (Rusya, 1811) 1:0
Sergey Karyakin (Rusiya, 2783) - Veselin Topalov (Bolqarıstan, 2741) 1:0
Pavel Elyanov (Ukrayna, 2751) - Radoslav Voytaşek (Polşa, 2745) 0,5:0,5 
Teymur Rəcəbov (Azərbaycan, 2710) - Maykl Adams (Britaniya, 2761) 0,5:0,5
Pentala Harikrişna (Hindistan, 2755) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2772) 0,5:0,5

Şəhriyar Məmmədyarov - 3,5. Maykl Adams - 3. Pavel Elyanov - 3. Veselin Topalov - 2,5. Sergey Karyakin - 2,5. Uesli So - 2,5. Vladimir Kramnik - 2,5. Radoslav Voytaşek - 2. Teymur Rəcəbov - 2. Pentala Harikrişna - 1,5.


Digər xəbərlər

Xəbər xətti