"Ayaks"dan tarixi qərar - Stadion onun adını daşıyacaq

10:34 26 Aprel 2017

“Ayaks” Hollandiya futbolunun əfsanəsi, ötən il xərçəng xəstəliyindən dünyasını dəyişən Yohan Kroyffun adını əbədiləşdirəcək.

 

Sportarena.az xəbər verir ki, klubun ev oyunlarını keçirdiyi “Amsterdam Arena” Kroyffun adını daşıyacaq. Bu barədə “Ayaks” rəhbərliyilə Amsterdam bələdiyyəsi birgə razılığa gəliblər. Məlumatı Amsterdam təmsilçisinin rəsmi saytı yayıb.

 

Kroyff 1964-1973 və 1981-1983-cü illər aralığında “Ayaks”ın şərəfini qoruyub. O, Amsterdam klubunun heyətində 3 dəfə Çempionlar Kubokunun qalibi olub.


Digər xəbərlər

Xəbər xətti