"Bakı o şəhərlərdən geri qalmır" - Bülənt Qorxmaz - AÇIQLAMA

12:41 26 Aprel 2017

"Qalatasaray"ın əfsanəvi kapitanı Bülənt Qorxmaz Azərbaycana səfər etməyə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, mütəxəssis Bakıda mayın 10-dək davam edəcək "Baku Shopping Festival"a qatıla biləcəyini deyib. Festivalın saytına danışan Qorxmaz bunları deyib:

 

“Şopinq festivalı Bakıya çox yaraşır. Çünki bu cür festivallar adətən mədəni, iqtisadi-ticari cəhətdən inkişaf edən şəhərlərdə təşkil edilir. Bu mənada, Bakının şopinq festivalların keçirildiyi dünyanın böyük şəhərlərindən geri qalmadığını düşünürəm”.

 

Qeyd edək ki, Bülənt Qorxmaz 2009/10 mövsümündə “Bakı”nın baş məşqçisi olub.


Digər xəbərlər

Xəbər xətti