Ramosun cəzası açıqlandı

13:16 26 Aprel 2017

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi “Real”ın kapitanı Serxio Ramosu cəzalandırıb. 

 

Sportarena.az xəbər verir ki, La Liqanın 33-cü turunda "Barselona" ilə qarşılaşmada Lionel Messiyə qarşı qayda pozuntusuna görə qırmızı vərəqə alan müdafiəçinin cəzası elə də ağır olmayıb. Ramosa bir oyunluq cəza verilib. O, bu gün "Deportivo"ya qarşı keçiriləcək səfər matçında komandasına kömək edə bilməyəcək.


"Barselona" isə Ramosa daha ağır cəza verilməsi üçün quruma müraciət etmişdi.

 

Qeyd edək ki, “Real” “Barsa” ilə matçda 2:3 hesabı ilə uduzub.


Digər xəbərlər

Xəbər xətti