PSJ-də yeni müqavilə - Ulduz futbolçu ilə

13:55 26 Aprel 2017

PSJ futbolçusu Edinson Kavani ilə yeni müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə PSJ-nin rəsmi saytı məlumat yayıb. Yeni sözləşməyə əsasən uruqvaylı forvard 2020-ci ilədək paytaxt klubunun şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Kavani PSJ-yə 2013-cü ildə İtaliyanın "Napoli" klubundan transfer olunub. 30 yaşlı hücumçu parislilərin heyətində meydanas çıxdığı 124 qarşılaşmada 80 qol vurmağı bacarıb.


Digər xəbərlər

Xəbər xətti