Rəşad Sadıqov PRO kursuna başladı

14:13 26 Aprel 2017

Bu gün AFFA-nın futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 1-ci moduluna start verilib.

 

Sportarena.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov və UEFA-nın Məşqçilərin Təhsili şöbəsinin müdiri Frank Ludolph iştirakçılara uğurlar arzulayıb.

 

Mayın 1-də başa çatacaq 1-ci modulun məşğələləri UEFA təlimatçısı Fritz Şmid, həmçinin yerli mütəxəssislər Aslan Kərimov və Osman Rəhimov tərəfindən keçirilir.

 

Qeyd edək ki, kurs iştirakçıları arasında "Qarabağ"ın və Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov da var.


Digər xəbərlər

Xəbər xətti