"Kəpəz" AZAL ilə oyuna hazırlaşır

15:37 26 Aprel 2017

Azərbaycan Premyer Liqasının 28-ci turunda Gəncədə “İnter”i qəbul edəcək “Kəpəz” bu gündən məşqlərə başlayacaq.

 

Sportarena.az kluba istinadən xəbər verir ki, ötən tur AZAL üzərində qazanılan qələbədən sonra bərpaedici prosedurdan keçən və istirahət edən komanda qarşıdakı görüşə paytaxtda hazırlaşacaq.

 

“Sarı-göylər”in aprelin 26-na təyin edilən məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olacaq. Hazırlıq prosesi saat 15:00-da start götürəcək. Gəncə komandası sabah da eyni məkanda və saatda məşqə çıxacaq.


Digər xəbərlər

Xəbər xətti