"Neftçi" bir itkiylə hazırlaşır

18:13 26 Aprel 2017

Azərbaycan Premyer Liqasının 28-ci turunda “Qarabağ”ı qəbul edəcək “Neftçi” bu matça hazırlığı davam etdirir.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubunun zədəli oyunçularının bu görüşdə meydana çıxması gözlənilir. Belə ki, kapitan Ruslan Abışov və müdafiəçi Kiril Petrov ağdamlılarla görüşdə komandasına kömək edə biləcək.

 

“Ağ-qaralar”ın yeganə itkisi Namiq Ələsgərovdu. Qış fasiləsində “Qarabağ”dan “Neftçi”yə keçən hücumçu tərəflər arasındakı razılığa görə bu matçda iştirak edə bilməyəcək. 

 

Qeyd edək ki, sözügedən görüş aprelin 29-u, saat 17:00-da “Bakcell Arena”da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti