“Qarabağ”ın cənubi afrikalı hücumçusu Dino Ndlovu ölkəsində mükafatlandırılıb.
Sportarena.az xəbər verir ki, 27 yaşlı forvard Cənubi Afrika Respublikasının (CAR) ölkə xaricində çıxış edən futbolçuları arasında mart ayının ən yaxşısı oyunçusu seçilib.
Ndlovu mart ayında Ağdam klubunun heyətində 4 oyunda meydana çıxıb və 2 qol vurub. CAR millisinin də üzvü olan hücumçu cari mövsümdə 9 qola imza atıb.