Nağıyevli "Dnepr" finalın bir addımlığında dayandı

10:34 27 Aprel 2017

Ukrayna kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. 

 

Sportarena.az xəbər verir ki, həmyerlimiz Dmitri Nağıyevin şərəfini qoruduğu “Dnepr” “Şaxtyor”la ilə üz-üzə gəlib. Qarşılaşma futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:1. Bir oyundan ibarət mübarizədən qalib ayrılan donetsklilər finala adlayıblar.

 

Meydana start heyətində çıxan Nağıyev 90 dəqiqə oynayıb.


Xəbər xətti