Türkiyənin Həvəskarlar liqasında neçə oyunçumuz çıxış edir? - İkinciyik

13:28 27 Aprel 2017

Türkiyədə Bölgesel Həvəskar Liqası adlanan yarışda Azərbaycandan 9 futbolçu çıxış edir.

 

Sportarena.az, bu haqda “Sabah” qəzetində turnir haqqında dərc olunan yazıda qeyd olunub. Bu göstərici ilə Azərbaycan əcnəbu futbolçu sayına görə liqada ikinci yeri tutur. İlk pillədə 20 oyunçu ilə Nigeriya, üçüncü yerdə Kamerun (8 oyunçu) qərarlaşıb.

 

Liqadakı 156 komandada 32 ölkədən ümumilikdə 108 oyunçu çıxış edir. Onların arasında ən yaşlısı isə bir vaxtlar “Bakı” klubunun liderlərindən olmuş “Gebze”nin futbolçusu, 36 yaşlı braziliyalı Jabadır.


Xəbər xətti