Qadın şərhçi: "Özil qəlbimin sahibidir" - MÜSAHİBƏ + FOTOLAR

14:12 27 Aprel 2017

FOX Sports kanalının şərhçisi Veronika Rodrigez Türkiyə mətbuatına müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Sosial mediada məşhursunuz. Bunu nəyə bağlayırsız?

- Fikrimcə, idmanın dünyada çox məhşur olması və mənim ona aşiq olmağım bunun səbəbidir. İşim olduğu üçün bütün günü idmandan danışmağım insanların da diqqətini çəkdi. Əsl səbəbin bu olduğunu düşünürəm. 

 

- Nə vaxtdan futbolla maraqlanırsız?

- Həyatı dərk edəndən bəri futbolla qohum olmuşam. Ailəmdə önəmli bir yerə sahibdir. Nə zaman bir araya gəlsək, futboldan söhbət edirik. 8 yaşımdan stadionlara gedirəm. Babam və atam bacımla məni təzahüratlar etmək üçün stadiona aparardı. Sonradan çox güclü bağlılıq yarandı. Düşünürəm  ki, futbola aşiqəm.

 

 

- Ən böyük xəyalın nədir?

- Hazırda ən böyük xəyalımı reallaşdırıram. Ən sevdiyim idman növü ilə məşğulam və onun sayəsində etibar qazanıram. Bundan daha yaxşısını düşünmək istəmirəm. 

 

- Sizə görə ən xarizmalı baş məşqçi kimdir?

- Van Qal (gülür)... Təbii ki, zarafat edirəm. Məncə, bu Yürgen Kloppdur. Münasibət qura biləcəyiniz qədər fanatik və insanlığa sahibdir. 

 

 

- Ən yaraşıqlı futbolçu desəm?

- Məsut Özil. O, qəlbimin sahibidir.

 

- Hansı komandaya azarkeşlik edirsiniz?

- Meksikada favorit komandam “Pumas”dır. Amma “Barselona” və “Yuventus”la fərqli hisslər yaşayıram. Qəlbim çempionlara bölündü. 

 

 

- Hansı idman növlərini daha çox sevirsiz?

- Futbol mənim ilk sevgimdir. Amma güləş və motosiklet yaraşılarını da sevirəm.

 

- Messi, yoxsa Ronaldo?

- Messi. O, futbolu sehirli və xüsusi göstərir. Qətiyyən bu dünyadan deyil. (Qafqazinfo)

 

 

 

 

 


Digər xəbərlər

Xəbər xətti