"Baş məşqçi etimad göstəribsə, əlimdən gələni etməyə borcluyam" - Emil Balayev - AÇIQLAMA

14:30 27 Aprel 2017

Birinci divizionda çıxış edən "Səbail"in qapıçısı Emil Balayev "Şəmkir"lə oyundan sonra açıqlama verib. Matçın son dəqiqəsində etdiyi vacib seyvlə komandasına 3 xal qazandıran Balayev, bununla da, “Səbail”i gümüş medala yaxınlaşdırdı.

 

Sportarena.az xəbər verir ki, 23 yaşlı futbolçu klubun rəsmi "facebook" səhifəsinə danışıb:

 

"Zaqatala" ilə oyunda xal itkisinə yol verdik və ikinci pillə uğrunda mübarizə gərginləşdi. Bu səbəbdən bu oyunda qazanılacaq qələbənin mahiyyətini komanda olaraq dərk edirdik. Rəqiblərimizi özümüzdən irəli buraxmamaq üçün komanda olaraq oyuna 100 yox, 200 faiz ciddiyyətlə hazırlaşırdıq. Oyun ağır keçdi, ancaq sonda sevinən tərəf olmağı bacardıq.

Həm ikinci hissənin əvvəlində qapımıza təyin olunan penalti epizodunda, həm də son dəqiqədə qapımız qarşısında yaranan təhlükədə komandanı qoldan xilas etdiyim üçün olduqca sevincliyəm. Baş məşqçi mənə start heyətində şans verərək, etimad göstəribsə, əlimdən gələni etməyə borcluyam. Bu epizodlarda sadəcə işimi gördüm. Əsas olan meydandan 3 xal ilə ayrılmaq idi.

"Bakılı"nın turnir cədvəlinin aşağı pillələrində yer almasına baxmayaraq, son oyuna da ciddi hazırlaşırıq. Məqsədimiz çempionatı ikinci pillədə bitirmək və gümüş medallara yiyələnməkdi". 
 

Qeyd edək ki, Balayev "Səbail"də icarə əsasında çıxış edir. O, müqaviləylə "Qarabağ"a məxsusdu.


Digər xəbərlər

Xəbər xətti