Futbolçular "İnter"ə vaxt verdi - Xəbər çıxmasa, gedirik

16:06 27 Aprel 2017

"İnter"in ətrafında yaşanan maliyyə problemləri barədə dəfələrlə məlumat vermişik. AFFA və klub rəsmiləri çox çalışsalar da, paytaxt təmsilçisinə yeni sponsor tapa bilmirlər. Beynəlxalq Bankın klubun idarəsindən imtina etməsindən sonra idarəçilik öhdəliyi AFFA-ya keçdiyindən federasiya "bankirlər"in yaşamasında maraqlıdır.

 

Sportarena.az "Futbol+" qəzetinə istinadə xəbər verir ki, mövsümü bürünc medalla başa vuran və Avropa Liqasına vəsiqə qazanan "İnter"in futbolçularına təkliflər gəlməkdə davam edir. Rauf Əliyev, Nizami Hacıyev, Səlahət Ağayev və Tərlan Quliyev digər klubların diqqət mərkəzindədilər. Sonuncu üç futbolçunun artıq "Neftçi" ilə anlaşdığı barədə xəbərlər yayılmağa başlayıb.

 

Klubdakı mənbədən "Futbol+"a verilən məlumata görə, futbolçular kluba mayın 10-a qədər vaxt verib. Həmin tarixə qədər sevindiric xəbər almasalar, oyunçular gələn təklifləri dəyərləndirməyə başlayacaqlar. Mövsümün sonunda klubla müqaviləsi bitənlər özlərinə yeni iş yeri axtara biləcəklər. Ancaq müqaviləsi davam edənlər üçün bu, heç də asan olmayacaq. Onlar arasında adını yuxarıda qeyd etdiyimiz Tərlan Quliyevin də adı var. "İnter" rəhbərliyi həmin oyunçuları buraxmaq istəmir. Klub onların xidmətində maraqlıdı. Onlar ən yaxşı halda pul müqabilində özlərinə yeni komanda tapa bilələr. Bunun üçün də Tərlan Əhmədov başda olmaqla digər futbolçuları heyətində görmək istəyən klublar "İnter"lə maliyyə məsələlərində razılığa gəlməlidilər.


Xəbər xətti