"Səbail" və "Ağsu" Premyer Liqada!

19:32 27 Aprel 2017

Futbol üzrə Azərbaycan I Divizionunda 2016/2017-ci illər mövsümünə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən son oyunların nəticələrinə əsasən  I Divizionda bütün mükafatçılar müəyyənləşdi. “Turan Tovuz” yarışın qızıl medallarına sahib çıxdığı halda, “Səbail” gümüş mükafata yiyələnib. Bürünc medal uğrunda gedən gərgin mübarizədən isə “Ağsu” qalib ayrılıb. Eyni zamanda, Tovuz təmsilçisinin ardınca sonuncu iki klub da Premyer Liqaya vəsiqə qazanıb. Onlar lisenziyalaşdırma qaydalarına əməl etsələr, istəklərinə tam nail olacaqlar.


Son turun görüşlərin qeydə nəticələrlə tanış edirik. 
 

“Şəmkir” 0-0 “Ağsu”


MOİK 6-1 “Göyəzən”
Qollar: Bilal Abbaszadə, 7, 37; Orxan Həsənov, 11 (p.); Emin Quliyev, 29; Cavidan Şükürov, 81; Qərib İbrahimov, 85 - Orxan İsmayılov, 51 (p.)

 

“Bakılı” 1-7 “Səbail”
Qollar: Elvin Hacızadə, 53 - Bayram Budaqov, 15; Saşa Yunisoğlu, 40; Ramazan Abbasov, 45 (p.); Orxan Səfiyaroğlu, 59, 71, 80; Orxan Qurbanlı, 69


“Mil-Muğan” 8-1 “Energetik”
Qollar: Viqar Əlibabayev, 6; Raul Yaqubzadə, 16, 27, 66; Bayram Əliyev, 37, 46; Elxan Məmmədov, 40; Elsevər Bəkirzadə, 86 - Rural Məmmədzadə, 89

 

“Turan Tovuz” 2-1 “Qaradağ Lökbatan”

Qollar: Rəhman Musayev, 65 (p.), 70 - Rüfət Məmmədov, 78
 


Digər xəbərlər

Xəbər xətti