Emin Mahmudov "Boavişta"dan ayrılır? - Meneceri açıqladı

12:16 28 Aprel 2017

Azərbaycan millisinin üzvü və "Boavişta"nın futbolçusu Emin Mahmudov karyerasını Rusiyada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə yarımmüdafiəçinin meneceri Aleksandr Manyakov Rusiya mətbuatına açıqlamasında deyib. Onun sözlərinə görə, Mahmudov daimi oyun praktikası qazanmaq istəyir. Buna görə də yayda klubunu dəyişə bilər:

 

"Eminin portuqal klubu ilə hələ 1 il müqaviləsi var və heç kim onu qovmur. Ancaq reallıq budur ki, onun oyun praktikası azdır, buna görə də başqa kluba keçmək ehtimalı mümkündür. Onun üçün prinsipial məsələ daimi oyun praktikasıdır. İlk olaraq əlbəttə ki, o, Portuqaliyadan gələcək təklifləri dəyərləndirəcək. Əgər alınmasa, Rusiyadan gələn təkliflərə baxacağıq".


Digər xəbərlər

Xəbər xətti