Kuadrado “Yuventus”u dəli edən paylaşım - FOTO

12:34 28 Aprel 2017

“Yuventus”un futbolçusu Xuan Kudrado sosial şəbəkədəki hesabında paylaşdığı şəkillə diqqət mərkəzinə düşüb.

 

Sportarena.az xəbər verir ki, kolumbiyalı futbolçu şəxsi “instaqram” hesabında “Yuventus” formasında şəklini paylaşıb. Ancaq məsələ ondadı ki, Kuadradonun əynindəki forma hazırkı geyimdən fərqlidi. Formanın üzərində isə klubun bir müddət öncə təqdim edilmiş yeni loqosu var.

 

Yarımmüdafiəçi şəkili paylaşdıqdan bir qədər sonra onu silib. Bu da onu deməyə əsas verir ki, Kuadrado səhvən “Yuventus”un yeni mövsüm üçün nəzərdə tutulmuş formasını klubdan öncə tanıdıb. Onun paylaşımı məhz klub rəhbərliyinin göstərişi ilə sildiyi güman olunur. Hətta bəzi mənbələrdə futbolçunun cəzalandırılacağı iddia olunur.

 


Digər xəbərlər

Xəbər xətti