"Kəpəz"in kapitanı azarkeşlərə səsləndi - "Sonuncu dəfə “Kəpəz”ə dəstək olmağa səsləyirəm" - AÇIQLAMA

13:32 28 Aprel 2017

Azərbaycan Premyer Liqasında növbəti mövsüm sona yaxınlaşır.

 

Sportarena.az xəbər verir ki, aprelin 29-da keçiriləcək oyunlarla cari çempionata yekun vurulacaq. “Kəpəz” Premyer Liqada son matçını Gəncədə “İnter”ə qarşı keçirəcək. Bu oyun öncəsi “sarı-göylər”in kapitanı Tural Axundov klub saytı vasitəsi ilə azarkeşlərə müraciət edib:

 

“Bütün azarkeşləri bu mövsüm sonuncu dəfə “Kəpəz”ə dəstək olmağa səsləyirəm. Hər şey ola bilər, Avroliqaya vəsiqə də qazana bilərik. İndi komandanın dəstəyə daha çox ehtiyacı var. Əhval-ruhiyyəmiz yaxşıdır. Sonuncu oyunumuz evdə olduğu üçün sözsüz ki, həyacan olacaq. Çempionatı qələbə ilə başa vurmağı düşünürük. Bununla da fanatlara hədiyyə etmək istəyirik. Futbol olmayan vaxtlarda Gəncə azarkeşləri üçün çox darıxacağıq. Onlara çox öyrəşmişik. Həmişə arxamızda durublar, dəstək veriblər. Buna görə onlara minnətdarıq. Hamımız istəyərik ki, mövsüm bitməsin, azarkeşlərin önündə daha çox oynayaq. İnşallah, gələn mövsümdə komanda sayı çox olar və çempionat uzanar”.


Digər xəbərlər

Xəbər xətti