Yunanıstan nəhəngi stadionsuz qala bilər - Borcunu ödəməsə

14:43 28 Aprel 2017

Yunanıstanın Super Liqa təmsilçisi “Olimpiakos” ev oyunlarını keçirdiyi Gerogios Karaiskakis stadionundan çıxarıla bilər.

 

Sportarena.az xəbər verir ki, buna səbəb Pirey təmsilçisinin “EuroBank”a 55,3 milyon avro dəyərində borcunun olmasıdı. Belə ki, Yunanıstan nəhənginin banka olan borcunun 20,3 milyon avrosu stadionla bağlıdı. Bank borcun vaxtında ödənməyəcəyi təqdirdə, klubun arenadan istifadəsinə qadağa qoyulacağı barədə xəbərdarlıq edib. “Olimpiakos” borcun ödənməsiylə bağlı bankdan 5 ay vaxt istəsə də, “EuroBank” bununla razılaşmayıb.

 

Yerli mətbuatda klubun 30 iyunadək borcu ödəməyəcəyi halda, stadiondan çıxarılacağı qeyd edilib.


Xəbər xətti