"Liverpul" futbolçusu ilə yeni müqavilə imzaladı

16:40 28 Aprel 2017

İngiltərənin "Liverpul" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki,  "qırmızılar" xorvatiyalı müdafiəçi Deyan Lovrenin müqavilə müddətini artırıb. Yeni müqavilənin şərtlərinə görə, 27 yaşlı futbolçu 2021-ci ilin yayına qədər "Liverpul"un uğurları üçün çalışacaq. Onun həftəlik qazancı 100 min funt-sterlinq olacaq.

 

Qeyd edək ki, Lovren 2014-cü ildə "Southempton"dan "Liverpul"a transfer olunub.


Digər xəbərlər

Xəbər xətti