"Qarabağ" çempion oldu!

16:59 28 Aprel 2017

Bu gün Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında mövsümün sonuncu - 28-ci turunun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, səfərdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gələn "Qarabağ" çempion adını qazanıb. Gümüş medallara “Qəbələ", bürünc medallarını isə “Neftçi” sahib çıxıb.



AZAL - “Zirə” - 0:3
Qollar: 
İlkin Muradov, 45; Vəzir Musayev, 52; Murad İsmayılzadə, 73

 

“Neftçi” - “Qarabağ” - 1:2
Qollar:
Ömər Buludov, 32 - Elşən Abdullayev, 62; Salman Cəfərov, 74

 

“Sumqayıt” - “Qəbələ” - 0:1
Qol: 
Ülvi İsgəndərov, 56


Xəbər xətti