"Qalatasaray" "Krasnodar"ın hücumçusunu alır

17:45 28 Aprel 2017

“Krasnodar”ın futbolçusu Fedor Smolov “Qalatasaray”a keçə bilər.
 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılar"ın idman direktoru Cenk Ergün 27 yaşlı hücumçunun meneceri ilə İstanbulda görüşərək keçidin detalları haqda ilkin danışıqlar aparıb. Lukas Podolskini Yaponiyanın "Vissel Kobe" klubuna satılmasından 2 milyon 600 min avro gəlir əldə edən klub hücum xəttini rusiyalı futbolçu ilə doldurmaq istəyir.

 

Qeyd edək ki, F. Smolov bu mövsüm 27 matçda  22 qol vurub.


Xəbər xətti