De Xea "Real"la razılaşdı?

18:33 28 Aprel 2017

“Mançester Yunayted”in qapıçısı David de Xea rəhbərliyə müraciət edərək, “Real”a keçidinə əngəl olmamağı xahiş edib.

 

Sportarena.az xəbər verir ki, “Real” De Xea ilə prinsipial razılıq əldə edib. Qapıçı “kral klubu”na keçmək üçün məvacibinin azaldılmasına da razılıq verib. Onun “Mançester Yunayted”də illik məvacibi 12 milyon avro təşkil edir. Məlumata görə, “Real” De Xea ilə 5 illik müqavilə imzalayacaq.

 

“Mançester Yunayted” rəhbərliyinin qapıçının xahişinə nə cavab verdiyi barədə məlumat yoxdu. İngiltərə mətbuatı iddia edir ki, “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Davidin gedişi ilə barışıb və onu “Mançester Siti”nin sabiq qapıçısı, hazırda “Torino”nun şərəfini qoruyan Co Hartla əvəzləməyi planlaşdırır.


Digər xəbərlər

Xəbər xətti