"Zirə" Avroliqada - YENİLƏNDİ

19:00 29 Aprel 2017

Bu gün Azərbaycan Premyer Liqasında 2016/17 mövsümə yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, mövsümün sonuncu - 28-ci turunun bütün oyunları eyni gündə keçiriləcək. Avropa Liqasına vəsiqə verən 4-cü yerin sahibi bu gün baş tutacaq görüşlərdən sonra bəlli olacaq. "Zirə” də avrokuboklara vəsiqə qazanmağa daha yaxındı. Bunun üçün qəsəbə klubu AZAL-a uduzmamalıdır. 


“Kəpəz”in də Avroliqaya vəsiqə qazanmaq şansı qalır. Ancaq Şahin Diniyevin komandası bu vəsiqəni qazanmaq üçün “Zirə”nin məğlubiyyətinə ümid etməklə yanaşı, həm də Gəncədə qəbul edəcəyi “İnter”ə böyük hesabla qalib gəlməlidir. Eyni zamanda, "İnter"də maliyyə problemi davam etdiyindən klubun avrokuboklarda iştirakı sual altındadı. Bu səbəbdən beşinci pilləni tutmaq Gəncə təmsilçisi üçün çox önəmlidi.

 

 

Azərbaycan Premyer Liqası, 28-ci tur

29 aprel

16:00 Kəpəz - İnter 1:0

Qol: Dario Federiko, 49.
Hakimlər: Rəhim Həsənov, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov
Gəncə şəhər stadionu

 

16:00 Sumqayıt - Qəbələ 2:1

Qollar: Amil Yunanov, 27. Mirabdulla Abbasov, 29 - Asif Məmmədov, 40.
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov
Sumqayıt. Şəhər stadionu
 

16:00 AZAL - Zirə 0:3

Qol: Elvin Məmmədov, 34. Milan Duriç, 54. Təmkin Xəlilzadə, 83-p.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev
"AZAL Arena”

 

17:00 Neftçi - Qarabağ 1:2

Qol: Herrero, 89 - Riçard Almeyda, 47. Ruslan Abışov, 61-a/q.
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov
"Bakcell Arena"


Digər xəbərlər

Xəbər xətti