"Kəpəz"də itkilər

11:22 29 Aprel 2017

Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünün son turunda “İnter”i qəbul edəcək “Kəpəz” matça itkilərlə çıxa bilər.

 

Sportarena.az xəbər verir ki, paytax təmsilçisi ilə oyunda Ceyhun Cavadovun “Kəpəz”ə kömək edə bilməyəcəyi dəqiqdi. AZAL-a qarşı görüşdə sarı vərəqə limitini dolduran yarımmüdafiəçi cəzalı duruma düşüb. Eyni səbəbdən ötən turu buraxan Vüqar Bəybalayev isə sıraya dönüb.

 

AZAL ilə matçda zədələnən Kərim Diniyevin durumu tam olaraq bəlli deyil. Onun oynayıb-oynamayacağına matç saatı qərar veriləcək. 


Digər xəbərlər

Xəbər xətti