Messinin yeni baş məşqçisinin adı açıqlandı

12:11 29 Aprel 2017

“Sevilya”nın baş məşqçisi Xorxe Sampaoli Argentina yığması ilə müqavilə bağlayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapiya məlumat verib:


“Yığmanın yeni baş məşqçisi kimi Sampaolini seçdik. Ancaq “Sevilya” ilə də yaxşı münasibətlərimizi qorumaq istəyirik. Ona görə də bu məsələ ilə bağlı danışıqlara İspaniya çempionatı başa çatandan dərhal sonra başlayacağıq”.

 
Qeyd edək ki, Sampaolinin “Sevilya” ilə müqaviləsi gələn ilin yayında başa çatır. Müqavilə şərtlərinə görə, 57 yaşlı çalışdırıcı 1,5 milyon avro kompensasiya müqabilində müqaviləyə xitam verə bilər.


Digər xəbərlər

Xəbər xətti