"Qarabağ" Naxçıvana getmək istəyən fanatlarla bağlı qərar verdi

13:14 29 Aprel 2017

"Qarabağ" klubdaxili toplantı keçirərək mayın 5-də Azərbaycan kubokunun finalı çərçivəsində "Qəbələ" ilə Naxçıvanda baş tutacağ matçı izləmək istəyən azarkeşlərlə bağlı qərar verib.

 

Ağdam təmsilçisinin mətbuat xidmətindən Sportarena.az saytına verilən məlumata görə, klub rəhbərliyi bu oyunu stadiondan canlı izləmək istəyən azarkeşlərə maddi dəstək olmağa razılıq verib. Amma bu, yaşı 18-dən yuxarı olan, xarici pasporta sahib olan fanatlar üçün mümkün olacaq.

 

Belə ki, "Qarabağ" quru nəqliyyatından istifadə edəcək azarkeşlərə maddi dəstək olacaq. Yəni, fanatlar avtobuslar vasitəsilə İran ərazisindən keçərək Naxçıvana gedəcəklər. Sənədləşdirmə və oyuna gedəcək şəxslərin siyahıya alınması isə fan-klubların öhdəliyindədi.


Digər xəbərlər

Xəbər xətti