"Sumqayıt" kapitanla müqaviləni yenilədi

13:29 29 Aprel 2017

"Sumqayıt" 2017/2018 mövsümü üçün heyətini müəyyənləşdirmək üçün çalışmalara başlayıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə yenilənib. 29 yaşlı müdafiəçi klubla daha bir illik müqavilə bağlayıb.

 

4 mövsümdür “Sumqayıt”ın şərəfini qoruyan Vurğun ümumilikdə bu komandada 111 qarşılaşmada meydana çıxıb. 


Xəbər xətti