FİFA İnfantino ilə bağlı araşdırmalara başladı

14:27 29 Aprel 2017

FİFA-nın prezidenti Canni İnfantinoya qarşı araşdırmalara start verilib.

 

Sportarena.az xəbər verir ki, araşdırmanı FİFA-nın etika komitəsi aparır. Buna səbəb isə Afrika Futbol Konfederasiyasında keçirilən prezident seçkiləri ilə bağlıdı. İddialara görə, İnfantino bu seçkiyə müdaxilə edib. Mart ayında keçirlən seçkilərdə madaqaskarlı Əhməd Əhməd konfederasiyanın prezidenti seçilib.

 

Etika komitəsi İnfantino ilə bağlı 2 dəfə araşdırma aparıb. Hər iki halda FİFA prezidentinə qarşı irəli sürülən ittihamlar təsdiqini tapmayıb. 


Digər xəbərlər

Xəbər xətti