"Qələbə qazanmalıyıq" - Ebah - AÇIQLAMA

15:03 29 Aprel 2017

Cari mövsümün son oyununa Gəncədə çıxacaq “Kəpəz” şəhər stadionunda “İnter”lə qarşılaşacaq. Dünən keçirilən son məşqlə “sarı-göylər” bu oyunun hazırlığını tamamlayıb.

 

Sportarena.az xəbər verir ki, son matç öncəsi “Kəpəz”in üzvləri Julien Ebah və Davud Kərimi klubun saytına açıqlama verib:
 

Julien Ebah: “Təbii ki, son matçda da məqsəd qalib gəlmək, azarkeşləri sevindirməkdi. Mən üzərimə düşəni etməklə qol vurmağa çalışacam. Son oyunlar yaxşı çıxış edirik, qələbələri sıralayırıq. Çempionatı yüksək əhval-ruhiyyədə başa vurmaq üçün bu gün qələbə qazanmalıyıq”.

 

Davud Kərimi: “Çempionatın son dövrəsini yaxşı keçirmişik. Cəmi bir oyunda uduzub, qalan matçlarda qələbə qazanmışıq. Əhvalımız yaxşıdı. Çempionatda beşinci yeri tutmaq imkanımız var. Bunun üçün “İnter”lə oyunda qələbə qazanmalıyıq. Azarkeşləri oyuna baxmağa, dəstək olmağa dəvət edirik”.


Digər xəbərlər

Xəbər xətti