Federiko "Kəpəz"dən getdi

01:08 30 Aprel 2017

Dario Federiko “Kəpəz” klubundan ayrılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib. Təcrübəli mütəxəssis bildirib ki, 2 il ərzində komandaya böyük fayda verən Dario Federiko Yaponiya və Koreya klublarından təklif aldığına görə, klubu tərk edib.

 

Qeyd edək ki, Federiko ötən mövsümdən “Kəpəz”də çıxış edir. 26 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 21 oyun keçirib və 4 qol vurub.


Digər xəbərlər

Xəbər xətti