"Traktor Sazi" uduzdu

10:36 30 Aprel 2017

İran çempionatında 29-cu tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu bu turda səfərdə “Sepahan”a uduzub - 0:2. Bu məğlubiyyət “qırmızı qurdlar”ı turnir cədvəlində bir pillə geriyə salıb. Hazırda hesabında 53 xal olan “Traktorsazi” 3-cü pillədə qərarlaşıb.

 

“Qostareş Fulad” isə səfərdə Xuzestan “İstiqlal”ıyla qolsuz bərabərə qalıb. “Göy-ağlar” hazırda 35 xalla 9-cu pillədə qərarlaşıb.

 

Şəhərin digər təmsilçisi “Maşınsazi” isə evdə “Məşhəd”ə minimal hesabla uduzub. Bir neçə tur öncədən yüksək liqadakı yerini itirən “yaşıl-ağlar” 16 xalla əvvəlki kimi sonuncu, 16-cı pillədə qərarlaşıb.


Xəbər xətti