Kliçko məğlub oldu - Revanş görüşündə

10:53 30 Aprel 2017

Məşhur ukraynalı boksçu Vladimir Kliçko titullarını geri qaytara bilməyib.

 

Sportarena.az xəbər verir ki, Londonda WBA, IBF və IBO versiyaları üzrə superağır çəkidə dünya çempionluğu uğrunda döyüşdə Kliçko britaniyalı boksçu Entoni Coşua ilə üz-üz gəlib. Qarşılaşma 11-ci gedişdə Kliçkonun texniki nokautu ilə yekunlaşıb. 11-ci raundda Coşua Kliçkonu 2 dəfə nokauta göndərib. Bundan sonra hakim döyüşü dayandırıb.

 

Görüş Londonda, “Uembli” stadionunda keçirilib. Kliçko peşəkar rinqdə 69 döyüş keçirib, 5 dəfə məğlub olub. Coşua isə 19 döyüş keçirib və hamısında nokautla qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti