Eminli "Boavişta" qalib gəldi

11:53 30 Aprel 2017

Millimizin futbolçusu Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" Portuqaliya çempionatında növbəti oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, Portu klubu 31-ci turda "Tondela"nı qəbul edib. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb- 1:0. Millimizin futbolçusu Emin Mahmudov oyuna ehtiyat oyunçular skamyasında başlasa da, 61-ci dəqiqədə meydana daxil olub.

 

Qeyd edək ki, "Boavişta" 31 turdan sonra 38 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


Xəbər xətti