Millimizin üzvü oynadı, komandası uduzdu

12:07 30 Aprel 2017

Ukrayna Premyer Liqasında 37-ci turun oyunları keçirilib. 

 

Sportarena.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Stal" səfərdə "Vorskla" ilə qarşılaşıb. Oyuna start heyətində başlayan Paşayev sonadək meydanda olub. Qarşılaşma isə meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə nəticələnib.
 

Qeyd edək ki, hazırda hesabında 31 xal olan "Stal" ikinci altılıqda yer alan komandalar arasında 2-ci pillədə qərarlaşıb.


Xəbər xətti