"Sumqayıt"da daha bir müqavilə

18:20 30 Aprel 2017

"Sumqayıt" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Rail Məlikov 2017/2018 mövsümündə də komandanın şərəfini qoruyacaq.

 

31 yaşlı müdafiəçi cari mövsüm Azərbaycan Premyer Liqasında  24 qarşılaşmada ümumilikdə 2191 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, "Sumqayıt" bundan əvvəl Vurğun Hüseynovla yeni müqavilə imzalayıb.


Xəbər xətti