Qurban Qurbanov Mançiniylə Benitesi qabaqladı

15:02 1 May 2017

Dünyanın ən yaxşı futbol məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, siyahıda “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukla “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun da adları var. Ötən cədvəldə 443-cü pillədə olan Qurbanov 9 pillə irəliləyib. Təcrübəli mütəxəssis aktivindəki 1361 xalla 434-cü yerdə qərarlaşıb. 44 yaşlı çalışdırıcı siyahıda Hamza Hamzaoğlu, Marko Silva, Xose Qonsales, İqor Tüdor, Pako Ayestaran, Tolunay Kafkas, Roberto Mançini, Rafael Benites, Hasan Kutlu, Mayk Felan, Vitor Pereyra və Çezare Prandelli kimi məşqçiləri qabaqlayıb.

 

Qriqorçuk da irəliləyib. 11 pillə irəliləyən ukraynalı mütəxəssis aktivindəki 852 xalla 612-cidi.

 

Siyahıya isə “Real”ın çalışdırıcısı Zinəddin Zidan başçılıq edir. Onun aktivində 16873 xal var. İkinci yerdə 14216 xalla “Barselona”nın baş məşqçisi Luis Enrike qərarlaşıb. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone 12994 xalla 3-cüdü.


Digər xəbərlər

Xəbər xətti