Klublarımızın avrokubok oyunları nə zaman başlayır? - Təqvim

16:06 1 May 2017

Azərbaycanı avrokuboklarda “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə” təmsil edəcək. Premyer Liqanın qalibi olan “Qarabağ” Çempionlar Liqasında, digər klublarımız isə Avropa Liqasında çıxış edəcəklər. Ağdam klubu ÇL-də II təsnifat mərhələsindən başlayacaq.  “Qəbələ”, “İnter” və “Zirə” Avropa Liqasında I təsnifat mərhələsindən start verəcəklər.
 

Sportarena.az xəbər verir ki, klublarımızın rəqiblərini iyunun 19-da məlum olacaq. Həmin gün Çempionlar Liqası və Avropa Liqasında I və II təsnifat mərhələlərinin püşkatması keçiriləcək.
 

UEFA Çempionlar Liqasının 2017/18 mövsümünün təqvimi: 
19 iyun: I və II təsnifat mərhələlərinin püşkatması 
27–28 iyun: I təsnifat mərhələsi, ilk oyunlar
04–05 iyul: I təsnifat mərhələsi, cavab oyunları 
11–12 iyul:  II təsnifat mərhələsi, ilk oyunlar
14 iyul: III təsnifat mərhələsinin püşkatması 
18–19 iyul: II təsnifat mərhələsi, cavab oyunları
25–26 iyul: III təsnifat mərhələsi, ilk oyunlar
01–02 avqust: III təsnifat mərhələsi, cavab oyunları
4 avqust: “Play-off”mərhələsinin püşkatması
15–16 avqust: “Play off” mərhələsi, ilk oyunlar
22–23 avqust: “Play off” mərhələsi, cavab oyunları
24 avqust: Qrup mərhələsinin püşkatması
Qrup mərhələsinin matçları sentyabr-dekabr aylarında olacaq.
 

UEFA Avropa Liqasının 2017/18 mövsümünün təqvimi:

19 iyun: I və II təsnifat mərhələlərinin püşkatması
29 iyun: I təsnifat mərhələsi, ilk oyunlar
6 iyul: Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunları
13 iyul: Avropa Liqası, II təsnifat mərhələsi, ilk oyunlar
20 iyul: Avropa Liqası, II təsnifat mərhələsi, cavab oyunları
27 iyul: Avropa Liqası, III təsnifat mərhələsi, ilk oyunlar
3 avqust: Avropa Liqası, III təsnifat mərhələsi, cavab oyunları
17 avqust: Avropa Liqası, "play off" mərhələsi, ilk oyunlar
24 avqust: Avropa Liqası, "play off" mərhələsi, cavab oyunları
25 avqust: Avropa Liqasının qrup mərhələsinin püşkatması
Qrup matçları sentyabr-dekabraylarında keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti